Kommunal xidmətlərin qiyməti də artacaqmı? - Rəsmi açıqlama

Kommunal xidmətlərin qiyməti də artacaqmı? - Rəsmi açıqlama
MANŞET
13:24 31.07.2018
9119
AZXEBER.COM xəbər verir ki, Finans.az ictimai nəqliyyatda qiymət artımının səbəblərini və digər sahələrə təsirlərini araşdırıb və ekspertlərin münasibətlərini öyrənib.

Tarif Şurasının verdiyi yeni qərar ilə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda sərnişindaşıma xidməti, şəhərdaxili məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik təsdiq edilib. Qeyd edək ki, yeni qərar avqustun 1-dən qüvvəyə minəcək.

Bu məsələ ilə əlaqədar iqtisadçı-ekspert Samir Əliyev, Azərişıq, Azərsu və Azəriqaz rəsmilərinin, millət vəkilləri Aydın Hüseynov və Azər Badamovun rəylərini alıb.

İqtisadçı-ekspert Samir Əliyev bu artımı 2015-ci ildə baş vermiş devalvasiyanın təsirləri kimi qiymətləndirir. Onun sözlərinə görə, həmin dövrdə bu sektorda demək olar qiymət artımı baş vermədi: 

"Nəzərə alsaq ki, Azərbaycanda nəqliyyat və ya kommunal sektorun bütün avadanlıqları xaricdən gəlir, bu baxımdan bu artımı gözləmək olardı. Bundan da vacib olan xroniki bir səbəb var ki, bu da maya dəyərinin daima şişməsidir. Belə olan halda xidmətin qiyməti maya dəyərindən ucuz olur, bu barədə dəfələrlə ən yüksək səviyyədə açıqlamalar verilib. Bəs onda niyə bu maya dəyəri artır? Bu qurumların fəaliyyəti heç zaman şəffaf olmayıb və daim qapalı olub Bu baxımdan şəxsən məni maya dəyərinin şişməsi qane etmir və bu cür açıqlamaları ciddi qəbul etmirəm. Bu gün bizdə tariflər xarici ölkələrlə müqayisə edilir. Xaricdə bu sektor özəldir və orda qiymətlər tənzimlənmir, bizdə isə bu dövlətin əlindədir. Bu o deməkdir ki, dövlət bunu strateji hesab edir və bunun əhalinin sosial vəziyyətinə neqativ təsirinin olduğunu anlayır və başa düşür ki, burada qiymətlər bazar qiymətlərindən aşağı olmalıdır. Buna görə həmin qiymətlər tənzimlənir və əgər dövlət bunu öz üzərinə götürübsə onu davam etdirməlidir. Mən qətiyyən bu artımı dəstəkləmirəm ancaq istənilən halda məsələyə daha yumşaq formada yanaşılmalı idi və qiymət artımı mərhələli olmalı idi. Bu gün metro 100% kart sisteminə keçib və burda bu cür yanaşmanı asanlıqla rellaşdırmaq olardı. Yəni qiyməti birdən birə 30 qəpik yox ilkin mərhələdə 22 qəpik, beş ay sonra daha iki qəpik artırmaq və sair bu kimi davam etdirmək olardı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu qiymət artımı tək nəqliyyat sektoru ilə məhdudlaşmayacaq və ilin sonuna kimi və ya gələn ilin əvvəllərində yanacaq və kommunal xidmətlərin qiymətinin artımını gözləmək olar".

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Finans.az-a verdiyi açıqlamada bildirib ki, yaxın zamanda bu cür artımın bizdə də olub olmayacağı hələ bilinmir:

"Biz də icra edən qurumuq, dövlət, tarif şurası, Milli Məclis hansı qanunu versə, o qanun da icra olunacaq". 

Azərsu mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təmsil etdiyi qurumun gündəmində belə bir məsələnin olmadığını vurğulayıb.

Azəriqaz mətbuat katibi İbrahim Kərbalayev bildirib ki, həmin qurum tərəfindən Tarif Şurasına tariflərin artması ilə bağlı hər hansı bir müraciət olunmayıb.

Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov məsələ ilə bağlı Finans.az-a bildirib ki, gediş haqqının 10 qəpik artırılması böyük artım deyil:

"Metro daimi zərərlə işləyən bir sahədir və bu zərər daim dövlət büdcəsi tərəfindən qarşılanır. Qiymətin qalxması zərərin daha çox olmasının göstəricisidir. Gəlirlər xərcləri ödəyə bilmir. Buna görə zərər dövlət büdcəsi hesabına bağlanılır. Bu dövlətin yükünün azaldılması üçündür. Dövlət zərərin ödənilməsinə ayrılan büdcəni əhalinin sosial xərclərinə ayırıb. Bu baxımdan məncə bu çox düzgün bir addımdır. Biri var metrodan istifadə edən kateqoriya, biri də var ki, dövlət bölüşdürsün xərci. Sadəcə kiçik məntiq var ki, onu tutmaq lazımdır. Bu vəsait sonra sosial təbəqənin ehtiyaclarına xərclənəcək. Bu qərardan sonra yüklü təsərrüfat da yenilənəcək. Komfort daha da artacaq, vətəndaşların zövqü oxşanacaq. Bu elə də yüksək artım deyil. 50% ilə deyəndə çox görsənə bilər amma sadəcə 10 qəpik artıb".

Millət vəkili iqtisadçı ekspert Azər Badamovun fikrincə xidmət artımı hər bir ailənin daxili büdcəsinə öz təsirini göstərəcək:

"Dünən Tarif Şurasının qərarı ilə Metro və ictimai nəqliyyatda gediş haqlarının qaldırılması ilə bağlı qərar qəbul olunmuşdu və əhaliyə avqustun 1-dən yeni tariflərlə xidmət göstəriləcəkdir. Təbii ki, hamı kimi mənim ailəm də ictimai nəqliyyatdan istifadə edir və bizim ailə büdcəmizə də bu öz təsirini göstərəcəkdir. Amma biz bununla bağlı mövcud vəziyyəti də başa düşməliyik. Bizdə ictimai nəqliyyatda xidmətlər demək olar ki, regionda ən aşağı qiymətlərdir. Hətta artımdan sonra da regionda ən aşağı qiymətlər olaraq qalır. İctimai nəqliyyatda xidmətlərin müasirləşdirilməsi üçün hər il dövlət büdcəsinindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Qiymətlərin ucuz olması xidmətlərin müasirləşdirilməsində çətinlik yaradır, bu sahəyə dövlət büdcəsindən ayrılan dotasiyanın da artmasına gətirib çıxarır. Vəziyyət də həmişə belə davam edə bilməz. Dünyanın hər yerində xidmət sahələri həm xidmət göstərir, həm də pul qazanırlar. Amma bizdə isə daim dövlətin himayəsindədir. Düşünürəm bunun üçün qiymətlərdə müəyyən artıma zərurət yaranmışdı. Düşünürəm ki, gediş haqlarından gələn əlavə vəsait yeni metro stansiyaların tikintisinin sürətləndirilməsinə, müasir avtobusların alınmasına , qeyd olunan xidmət sahələrində iş fəaliyyətinin yaxşılaşdırılmasına, xidmətlərin səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır