Kondisionerdən düzgün istifadə etməyin yolları: Həm elektrikə qənaət edin, həm də sağlamlığınızı qoruyun

Kondisionerdən düzgün istifadə etməyin yolları: Həm elektrikə qənaət edin, həm də sağlamlığınızı qoruyun
SOSİAL
01:25 20.07.2026
924
Yay aylarında temperaturun yüksəlməsi ilə kondisioner əksər ev və iş yerlərində zərurətə çevrilir. Lakin cihazın uzun müddət və ya düzgün istifadə olunmaması təkcə elektrik enerjisi sərfiyyatını artırmır, həm də sağlamlıqla bağlı müxtəlif problemlərə səbəb olur. Bəs kondisionerdən həm büdcəmizə, həm də sağlamlığımıza zərər vermədən necə səmərəli istifadə etmək olar?

AZXEBER.COM mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Kondisioner üçün ideal temperatur

Kondisioner ustası Amid Şabiyev bildirdi ki, cihazın düzgün seçilməsi və istismarı həm elektrik enerjisinə qənaət etməyə, həm də onun ömrünü uzatmağa imkan verir. Kondisionerin hansı temperaturda işlədilməsi, otağın sahəsinə uyğun seçilməsi və filtrlərin vaxtında təmizlənməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır: "Köhnə tip kondisionerlər daha çox enerji sərf etdiyi halda, yeni nəsil invertor modellər temperatur sabitləşdikdən sonra daha az elektrik enerjisi istifadə edir. Bununla belə, elektrik xərcləri yalnız cihazın xüsusiyyətlərindən asılı deyil. İstifadə vərdişləri də aylıq ödənişə ciddi təsir göstərir. Məsələn, kondisionerin 18-20 dərəcəyə qurulması onun daha intensiv işləməsinə səbəb olur. Halbuki otaq temperaturunun 23-24 dərəcə səviyyəsində saxlanılması həm rahatlıq, həm də enerji sərfiyyatı baxımından daha optimal hesab edilir. Bu göstərici həm insan orqanizmi üçün daha komfortlu hesab olunur, həm də elektrik enerjisinin daha səmərəli istifadəsinə imkan yaradır. Temperaturu həddindən artıq aşağı salmaq otağın daha tez soyuması demək deyil. Əksinə, bu, cihazın daha çox işləməsinə və əlavə enerji sərf etməsinə səbəb olur".

Kondisionerdən düzgün istifadə etməyin yolları: Həm elektrikə qənaət edin, həm də sağlamlığınızı qoruyun

"Elektrik enerjisinə 70-80 faizə qədər qənaət edir"

Ustanın sözlərinə görə, istifadəçilərin diqqət etməli olduğu digər məqam kondisionerin invertor texnologiyasına malik olub-olmamasıdır: "İnvertor tipli kondisionerlər adi modellərlə müqayisədə xeyli qənaətlidir. Düzgün seçilmiş keyfiyyətli invertor kondisioner elektrik enerjisinə 70-80 faizə qədər qənaət etməyə imkan verir. Buna görə də yeni kondisioner alarkən invertor modellərə üstünlük verilməsini tövsiyə edirəm".

Mətbəxin sahəsi 18 kvadratmetrdirsə...

Mütəxəssis bildirir ki, kondisionerin effektiv işləməsi üçün onun gücü otağın sahəsinə uyğun seçilməlidir. Bu zaman yalnız kvadratmetr deyil, otağın təyinatı da nəzərə alınmalıdır: "Məsələn, mətbəxin sahəsi 18 kvadratmetrdirsə, onu adi yaşayış otağı kimi qiymətləndirmək düzgün deyil. Yemək hazırlanması, qaz plitəsi, soba və digər məişət avadanlıqları mətbəxdə istilik yükünü artırır. Buna görə də belə məkanlar üçün daha yüksək gücə malik, ən azı 12 min BTU-luq (British Thermal Unit - kondisionerin soyutma gücünü göstərən ölçü vahidi) kondisionerin seçilməsi məqsədəuyğundur. Düzgün gücdə seçilmiş kondisioner otağı daha qısa müddətdə soyudur, daha az enerji sərf edir və daim yüksək yüklə işləmədiyi üçün daha uzunömürlü olur".

Kondisionerdən düzgün istifadə etməyin yolları: Həm elektrikə qənaət edin, həm də sağlamlığınızı qoruyun

"Kondisionerin gücü otağın sahəsinə uyğun seçilməlidir"

Kondisionerin gücü az seçildikdə cihaz otağı soyutmaq üçün fasiləsiz işləməyə məcbur qalır ki, bu da həm elektrik sərfiyyatını artırır, həm də avadanlığın resursuna mənfi təsir göstərir: "Kondisionerin effektiv işləməsi üçün onun gücü otağın sahəsinə uyğun seçilməlidir. Bu zaman əsas göstərici BTU-dur. BTU nə qədər yüksək olarsa, cihaz bir o qədər böyük sahəni soyutmaq qabiliyyətinə malik olur. Məsələn, 30 kvadratmetrlik otaq üçün 20 kvadratmetrə hesablanmış kondisioner seçilərsə, cihaz otağı soyutmaq üçün daha çox elektrik enerjisi sərf edəcək. Otağın sahəsinə uyğun və ya bir qədər yüksək gücə malik model isə məkanı daha qısa müddətdə soyudacaq və daha qənaətli işləyəcək. Buna görə də kondisioner alarkən ilk növbədə BTU göstəricisinə diqqət yetirilməlidir".

"Tozsoran işləyərkən kondisioneri söndürün"

Mütəxəssis filtrlərin mütəmadi təmizlənməsinin də vacibliyini vurğulayır: "Kondisioner işləyərkən qapı və pəncərələrin bağlı saxlanılması, otağın günəş şüalarından qorunması, filtrlərin mütəmadi təmizlənməsi və cihazın vaxtaşırı texniki baxışdan keçirilməsi enerji sərfiyyatını azaltmağa kömək edir. Çirkli filtr həm cihazın daha çox işləməsinə, həm də otaqdakı havanın keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Tozlu və torpaq sahələrinin yaxınlığında yerləşən ev və obyektlərdə kondisionerin filtrləri təxminən 10 gündən bir təmizlənməlidir. Adi mənzil şəraitində isə ayda bir dəfə təmizlənməsi kifayətdir. Həmçinin tozsoran işləyərkən kondisioneri söndürmək məsləhətdir. Çünki havaya qalxan toz hissəcikləri filtrə yapışaraq cihazın iş səmərəliliyini azalda bilər".

Kondisionerdən düzgün istifadə etməyin yolları: Həm elektrikə qənaət edin, həm də sağlamlığınızı qoruyun

Dəridə quruluq və qaşınma, gözlərdə qıcıqlanma

Kondisionerdən düzgün istifadə olunmaması təkcə elektrik enerjisi sərfiyyatını artırmır, həm də sağlamlıq üçün müəyyən risklər yarada bilər.

Allergiya üzrə mütəxəssis Özge Yılmaz da bu mövzuda diqqət çəkən məqamlara toxunaraq bildirir ki, kondisionerin yaratdığı quru hava və düzgün qulluq olunmayan sistemlər sağlamlığa düşündüyümüzdən daha ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, kondisionerlərin uzun müddət işləməsi otaqdakı nisbi rütubəti azaldır: "Bu isə xüsusilə uzun müddət kondisionerli mühitdə qalan insanlarda dəridə quruluq və qaşınma, gözlərdə quruluq, yanma və qıcıqlanmaya səbəb ola bilər. Quru hava tənəffüs yollarının selikli qişasını da qurudur, nəticədə orqanizmin infeksiyalara qarşı təbii müdafiə mexanizmi zəifləyir".

Ö.Yılmaz qeyd edir ki, qapalı və kifayət qədər havalandırılmayan məkanlarda uzun müddət işləyən kondisionerlər havadakı toz, allergen və bəzi mikroorqanizmlərin yayılma riskini də artıra bilər. Bu isə xüsusilə allergiya və astma xəstələri üçün əlavə təhlükə yaradır. Mütəxəssis vurğulayır ki, bu risklərin qarşısını almaq üçün kondisionerin filtrləri mütəmadi təmizlənməli, otaq vaxtaşırı havalandırılmalı və otaq temperaturu çöldəki hava ilə kəskin fərq yaratmayacaq səviyyədə saxlanılmalıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika