Kondisionerli paltar ixtira olunub

MARAQLI
17:59 13.09.2011
1758

Yaponiyada kondisioner geyim yaradılıb. AZXEBER.COM-un məlumatına görə, bu geyim ona quraşdırılan miniatür ventilyatorların köməyi ilə bədən temperaturuna nəzarət edə bilir. İxtiraçı Xiroşi İçiqaunun sözlərinə görə Yaponiyadakı anomal istilər nəticəsində xüsusi gödəkçənin satışı hər həftə on dəfə artır və onun şirkəti tələbatın öhdəsindən güc-bəla ilə gəlir. Amerikanın ABC telekanı uzun illər SONY-də mühəndis işləmiş Yaponiya ixtiraçısından sitat gətirərək bildirir: “İnsanlar məndən soruşurlar ki, nə üçün belə istidə uzun qolları olan gödəkçə geyinmişəm? Mən cavabında deyirəm ki, gödəkcəmdə mənə geyimsiz insana nisbətən daha sərindir”. Kondisioner gödəkcə və ya “kuçofukunun” batareya ilə işləyən iki ventilyatoru vardır. Bu ventilyatorlar geyimin altındakı havanı sorur. İçiqau təsdiq edir ki, daimi hava axını tərləmənin qarşısını almağa imkan verir və bədən üçün normal temperatur yaradır. Onun dediyinə görə, yeni geyimi geydikdə otaqda bahalı kondisionerlərin quraşdırılmasına ehtiyac qalmır. Hazırda Toda şirkəti kondisioner gödəlçələri alıcılara 140 dollara təklif edir. Amma artıq bu ay “sərinləşdirici” köynək və şalvar sifariş vermək də mümkün olacaqdır. Xüsusi geyim üçün nəinki Yaponiyadan, həmçinin ABŞ, Çin və Hindistan sakinlərindən sifarişlər daxil olur.

OXŞAR XƏBƏRLƏR