Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib

Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
DÜNYA
19:42 18.10.2026
214
Konqo Demokratik Respublikasının (KDR) səhiyyə orqanları Ebola qızdırmasının ölkənin səkkizinci əyalətinə yayıldığını təsdiqləyiblər.

Bu barədə KDR-in Səhiyyə Nazirliyinin tabeliyində olan İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Şimali Ubangi əyalətində Ebola infeksiyasına iki yoluxma halının aşkarlandığı, yoluxanlardan birinin öldüyü qeyd edilib.

Şimali Ubangi əyaləti Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşir. Sentyabrda Ebolaya yoluxma hallarının aşkarlandığı Cənubi Ubangi əyaləti ilə həmsərhəddir.

Son məlumatlara görə, Konqo Demokratik Respublikasında laboratoriyada Ebolaya yoluxma hallarının təsdiqlənmiş sayı 9144-dür.
 
///report///

OXŞAR XƏBƏRLƏR