Konqo Demokratik Respublikasının şərqində kilsəyə hücum olub, azı 38 nəfər öldürülüb

Konqo Demokratik Respublikasının şərqində kilsəyə hücum olub, azı 38 nəfər öldürülüb
DÜNYA
18:09 27.07.2025
135
Şərqi Konqo Demokratik Respublikasının (KDR) Komanda şəhərində yerləşən kilsəyə edilən hücum nəticəsində azı 38 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Bu barədə " Al Jazeera " məlumat yayıb.

Kilsəyə hücumun bazar günü səhər saatlarında İturi vilayətinin Komanda şəhərində yerləşən silahlanmış "Demokratik Müttəfiq Qüvvələr” (ADF) qrupunun üzvləri tərəfindən həyata keçirildiyi güman edilir.

ADF-nin üsyançı qrup olduğu qeyd edilir. Onların mütəmadi olaraq mülki əhaliyə qarşı hücumlar həyata keçirməsi barədə də məlumatlar var.

Hücum zamanı bir neçə ev və mağaza da yandırılıb. Hadisə zamanı Katolik xristianlar Caritas xeyriyyə təşkilatının idarə etdiyi kilsədə dua ayinində iştirak edirmiş. Bir çox insan hələ də itkin düşmüş hesab olunur.

"Üsyançılar əsasən gecəni Katolik kilsəsində keçirən xristianlara hücum etdilər,” – deyə hadisə yerində olan insan haqları fəalı Kristof Munianderu bildirib.

Onu da qeyd edək ki, Konqo Demokratik Respublikasının "Radio Okapi” kanalı isə ölənlərin sayını 43 nəfər olaraq açıqlayıb və hücuma görə ADF-ni günahlandırıb:

"20-dən çox qurban dua mərasimi zamanı kilsədə silahlarla öldürülüb. Digər meyitlər isə yaxınlıqdakı yandırılmış evlərdən tapılıb.”

/APA
OXŞAR XƏBƏRLƏR