Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
DÜNYA
07:28 04.10.2026
213
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırması epidemiyası tamamilə nəzarətə götürülüb.

RFI radiostansiyası xəbər verir ki, bu barədə mətbuat konfransında KDR-in səhiyyə naziri Samuel Roje Kamba bildirib.

"Epidemiyanın piki artıq geridə qalıb. Epidemiya daha bizim nəzarətimizdən çıxmır. Əvvəllər biz yalnız onun inkişafını izləyirdik, indi isə qabaqlayıcı addımlar atırıq", - o qeyd edib.

Nazirin sözlərinə görə, Ebola xəstələrinin aşkarlandığı 63 tibb zonasından 19-da artıq azı üç həftədir ki, qızdırmaya yeni yoluxma halları qeydə alınmır.

KDR Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Eboladan ölənlərin sayı 4 018 nəfərə, xəstələnənlərin sayı isə 8 300 nəfərdir. Ölüm səviyyəsi 48,4 % təşkil edir. Xəstəxanalarda və tibbi təcridxanalarda xəstəlik simptomları olan 842 pasiyent var.
 
///report///

OXŞAR XƏBƏRLƏR