Bakı şəhərinin Nizami rayonunun prokuroru Mahir Muradovun vəzifəsi dəyişdirilib.M. Muradov Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Məlumat verilib ki, bununla bağlı təqdimat Azərbaycan prezidenti tərəfindən edilib.Müvafiq sənəd Milli Məclisin (MM) müzakirəsinə verilib. MM-də məsələ müzakirə edilib və səsə qoyularaq qəbul olunub. Mahir Muradov parlament qarşısında and içib.Qeyd edək ki, oktyabrın 8-də prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.