“Kontakt”da növbəti 100 000 manat uduldu

“Kontakt”da növbəti 100 000 manat uduldu
İQTİSADİYYAT
10:26 06.04.2026
1490


"Kontakt” mağazalar şəbəkəsinin pul uduşlu "Qoşa seç, 100 000 AZN-dək apar” kampaniyasından sevindirən xəbərlər gəlməyə davam edir. Belə ki, şəbəkənin keçirdiyi növbəti finalda daha iki müştəri 100 000 AZN-lik böyük pul mükafatını sahibi olub.

Bir neçə gün əvvəl "Gənclik Mall”da keçirilən final tədbirində xeyli izdiham var idi, çünki nə az, nə çox düz 40 finalçı öz seçdikləri qoşanı atmağı hədəfləyirdi.

Günün ilk böyük sevinci evdar qadın Aytəkin Abdullayevaya qismət oldu. O, "Kontakt”ın Masazır mağazasından təmizlik işlərini asanlaşdırmaq üçün tozsoran alaraq kampaniyaya qatılmışdı. Onun seçdiyi qoşa rəqəmlər masanın üzərində cütləşən an simasındakı "nə baş verdi” reaksiyası maraqlı görüntülərə səbəb olub. Aytəkin xanım özü isə bu sevincli hislərini belə ifadə edir:

"Mən sadəcə evdə işlərimi asanlaşdırmaq üçün tozsoran almışdım. Yatsam, yuxuma gəlməzdi ki, 155 manatlıq tozsoran mənə belə böyük pul gətirər. Zərlər cütləşəndən sonra öz-özümə bir anlıq düşündüm ki, doğrudan bu gördüyüm elə dediyim rəqəmdir?! O tozsoranı istifadə etməyi yox, evdə ekspoant kimi sərgiləməyi düşünərəm artıq” - deyərək gülür.

Finalın digər bir ulduzu isə Sadıqzadə Tural oldu. "Kontakt”dan "iPhone 17 Pro Max” alan Tural bəy smartfon bazarının ən son modelini seçməklə bərabər, uğurlu rəqəmini də özü müəyyən etdi. Seçdiyi qoşa rəqəm yan-yana dayanan an Tural bəy günün ikinci qalibinə çevrildi. O, deyir ki:

"Düzü, zər atmağa gələrkən çox tələsirdim. Hətta, final tədbirinə zəng edib çağıranda həmin gün başqa işim olduğunu, alınsa gələcəm demişdim. Çox istəyirəm ki, bu pulu övladımın təhsilinə yatırım edim”

Beləliklə, "Qoşa seç, 100 000 apar” kampaniyasının növbəti finalı da iki sevinc hekayəsi ilə yadda qalıb. Maraqlananlar üçün isə 100 000 AZN-lik böyük uduş marafonu hələ də tam sürəti və eyni mükafat fondu ilə davam edir.

Xüsusi olaraq qeyd edək ki, bu il "Qoşa seç, 100 000 apar” kampaniyasını digərlərindən fərqləndirən əsas məqam müştəriyə verilən seçim azadlığıdır. Burada uduşu təsadüfi rəqəm deyil, müştərinin öz seçimi təyin edir. Üstəlik, builki qaydalar daha sərfəlidir: finala qədərki mərhələlərdə qazanılan məbləğlər heç bir halda itirilmir və müştəridə qalır.

Şərtlər barədə daha ətraflı məlumat üçün burayadaxil ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə