Xəbər verdiyimiz kimi ötən gün, paytaxt Bakıda danışıq kartlarının qiymətinin qalxması müşahidə olunmuşdu.
Oxucuların AZXEBER.COM-un redaksiyasına ünvanladıqları məktublarda paytaxtərazisindəsatılan danışıq kartlarının qiymətində20 qəpik artım olduğu bildirilmişdi.Redaksiyaya daxil olan məlumatın ardından portalımızın əməkdaşı şəhərdəki satış obyektlərində vəziyyətlə tanış olub və faktın doğruluğu ilə bağlı redaksiyamıza məlumat vermişdi.
AZXEBER.COM-un məlumatına görə, bu gün “Azercell” şirkəti sim-kartlarının qiymətinin qaldırılması barədə söz-söhbətlərə aydınlıq gətirib.
Şirkətdən yayılan açıqlamada bildirilir ki, bu gün ərzində “ Azercell Telekom” MMC şirkətinə, Bakının müxtəlif satış məntəqələrində Azercell sim kartlarının qiymətlərinin qalxması ilə bağlı müraciətlər və suallar daxil olub: "Azercell şirkəti rəsmən bildirir ki, şirkət tərəfindən sim kartların satış qiymətlərində heç bir dəyişiklik edilməyib. Sim kartların nominal qiymətlərindən baha qiymətə satılması halları həmin kartların satıldığı məntəqələrin özbaşınalığı və Azercell şirkəti ilə razılaşdırılmamış fəaliyyətinin nəticəsidir".