Bakıda Kooperasiya Universitetində baş verən yanğın zamanı universitet binasında qəbul imtahanı keçirilirmiş.
AZXEBER.COM-a məlumat verən hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı binada 1-ci və 4-cü qruplar üzrə qəbul imtahanı keçirilirmiş. İmtahan zamanı baş verən yanğının nəticəsində bir neçə abituriyent tüstüdən zəhərlənib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təəcili tibbi yardım maşını çağrılıb.
Bundan başqa hadisə yerinə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə də gəlib. O, imtahanın ləğv edildiyini bildirib. Onlara imtahanın nə zaman baş tutacağı bildirilməyib. Nəticədə isə valideynlərin və abituriyentlərin narazılığına səbəb olub.
Qeyd edək ki, yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb.