"Kopenhagen"i burada çox çətin oyun gözləyir" - Tahir Gözəl

"Kopenhagen"i burada çox çətin oyun gözləyir" - Tahir Gözəl
İDMAN
10:13 12.08.2017
1193
"Qarabağ" futbol klubunun vitse-prezidenti Tahir Gözəl səfərdə "Neftçi"ni 3:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Türkiyəli funksioner əvvəlcə oyun barədə danışıb:

- Bu, çempionatda ilk oyunumuz idi. Görüşü qələbə ilə başa vurmağımız Çempionlar Liqasının "play-off" mərhələsinin oyunları öncəsi "Qarabağ"ın motivasiyasına əlavə güc qatdı. "Neftçi" də çoxlu yeni oyunçu alıb, heyət baxımından gəncdir. İnanıram ki, onlar da zaman keçdikcə güclənəcəklər.

- Dani Kintananın yenidən zədələnməsi barədə nə deyə bilərsiniz?

- Məni ən çox üzən Daninin zədələnməsi oldu. Güman edirəm ki, çox ciddi deyil. Sabah xəstəxanaya aparacağıq. Orada MRT müayinəsindən sonra bilinəcək. Onun "Qarabağ"a qoşulması 1,5 ay çəkə bilər. Amma yenə optimist fikirdəyik. İnanırıq ki, pis xəbər çıxmayacaq.

- "Bu gün meydanda bir komanda var idi" fikri ilə razısınız?

- Deməzdim. "Qarabağ" doğrudan da çox sabit, güclü komandadır. "Neftçi" çox oyunçu alıb, amma tədricən bir-birilərinə alışacaqlar. Hesab edirəm ki, bu mövsüm sabit davam etsələr, oyundan-oyuna güclənəcəklər.

- "Kopenhagen"lə Bakıdakı oyunda qol buraxmadan qələbə qazanmağı hədəfləmisiniz?

- Bəli, ümidimiz budur. Amma biz "Qarabağ"ın səfərdə də çox gözəl oynadığını görmüşük. Ona görə də bütün ümidimi Bakıya bağlamıram. Əvvəlcə Allaha, sonra komandama inanıram. "Kopenhagen"i burada çox çətin oyun gözləyir.

- Səfər oyununda daha çox azarkeş gözləyirsiniz?

- Əlbəttə. Çünki Avropada istənilən ölkəyə 50 avroya uçmaq olar. Bu, insanın iradəsindən asılıdır. "Köhnə qitə"dən yüz minlərlə türk saya bilərəm. Oyumuza çox rahat gəlmək olar. Mən onları dəvət edirəm. Sizdən də onları oyuna gəlməyə sövq etməyinizi xahiş edirəm. Çünki azarkeşlərin rolu çox böyükdür. Hamımız əl-ələ verək, səfirliyimizlə də birgə çalışaq ki, səfər matçımıza azarkeş toplayaq.

- "Qarabağ" ən azı qışadək avrokuboklarda oynayacaq. Komandanın qrup mərhələsi üçün bir-iki legioner transfer edəcəyinə dair söz-söhbətlər var...

- Doğrudur. Amma adlarını və mövqelərini açıqlamayacağam. Hazırda danışıqlar gedir. Ümidvaram ki, bir neçə günə sürpriz edə biləcəyik. Amma bu, tezliklə alınmaya da bilər. Çünki "bazarlıq söhbəti" var. "Qarabağ"ın transferlərinə bələdsiniz. Onlar keyfiyyətdə oyunçularla danışıqlar aparırıq. Görək, necə alınacaq. Adını açıqlasaq, bu, transfer işimizi çətinləşdirə bilər.

- Kintananın zədələnməsi bu transferi sürətləndirə bilər?

- Xeyr, heç bir əlaqəsi yoxdur. Bu, bazarlıqdır. Çox böyük istəyimiz var ki, o, tezliklə bizə qoşulsun.

- Ən böyük rəqiblərinizdən birinin belə durumda olması rəqabətsizlik baxımından "Qarabağ"a problem yaratmır?

- "Neftçi"nin baş məşqçisi də çalışır ki, komandanı formalaşdırsın, inkişaf etdirsin. Mən yeni oyunçuların zamana ehtiyaclarının olduğunu düşünürəm. İnanıram ki, getdikcə daha gözəl oyunlarla qarşımıza çıxacaqlar. Mən də qarşımızda daha güclü "Neftçi"ni görmək istəyirəm və inanıram ki, bu, baş verəcək.

- Ramil Quliyevin dünya çempionu olmasını necə dəyərləndirirsiniz?

- Əlbəttə, çox böyük, tarixi uğurdur. Türkiyəni, Azərbaycanı, Qarabağı dünyada tanıdan hər bir insana təşəkkür etməliyik. Arzum budur ki, təkcə idmançılar deyil, bütün sahələrdən adamlar çıxıb ölkəmizi tanıtsınlar. Türkiyə və Azərbaycan xalqını, Ramil Quliyevin özünü təbrik edirəm.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
12:56 25.05.2025
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
12:51 25.05.2025
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
Sabah hava necə olacaq?
12:44 25.05.2025
Sabah hava necə olacaq?