Koreyanın yeni səfiri qadın jurnalistlərə qonaqlıq verdi

Koreyanın yeni səfiri qadın jurnalistlərə qonaqlıq verdi
Bütün Xəbərlər
18:51 19.10.2012
730
Koreyanın Azərbaycana 1,5 ay əvvəl təyin olunmuş səfiri Çoi Suk İn respublikamızın bir qrup jurnalistini öz mənzil-qərargahında qəbul edərək xüsusi mətbuat konfransı keçirib.
AZXEBER/COM-un məlumatına görə, məqsəd Azərbaycan mediası ilə yaxından tanış olmaq və bu il ölkələrimiz arasındakı diplomatik əlaqələrin 20 illiyi qeyd olunandan sonra əməkdaşlığımızın perspektivlərini medianın diqqət nəzərinə çatdırmaq idi.Səfir çıxışında bildirib ki, Koreya şirkətləri respublikamızda bu ilin sonunda tamamlanacaq nəqliyyat layihəsini reallaşdırır, digər sahələrlə bağlı isə müzakirələr aparılır. İki aydan sonra Koreyada keçiriləcək prezident seçkilərindən sonra müzakirələr tam həllini tapacaq. Özü haqda məlumat verən səfir Seul və ABŞ-da təhsil aldığını, bu günə kimi Fillipin, Rusiya və İngiltərədə diplomatik sahədə fəaliyyət göstərdiyini, 2 övlad atası olduğunu söyləyib.Jurnalistlərlə səmimi münasibətlər yarada bilən səfir daha sonra onları süfrə arxasına dəvət edib, ləziz Koreya mətbəxinə qonaq edib. Sonda Jurnalist Qadınlar Assosiasiyası səfirə qarşılıqlı dəvətlə - qadın jurnalistlərin qonağı olmaq dəvəti ilə müraciət edib.
OXŞAR XƏBƏRLƏR