"Koroğlu" körpüsündə növbəti intihara cəhd - FOTO

"Koroğlu" körpüsündə növbəti intihara cəhd -  FOTO
Bütün Xəbərlər
00:13 29.11.2014
1723

Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihara cəhd edir.

APA-nın məlumatına görə, körpüdən özünü atmaq istəyən Tovuz rayonundan olan, 1969-cu il təvəllüdlü Nizami Musayevdir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının intihara cəhd edən şəxslə danışıqlar aparırlar.

***

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onların N. Musayevlə apardıqları danışıqlar nəticəsində o fikrindən daşınıb. FHN əməkdaşları  təhlükəsizlik qaydalarına əməl etməklə N. Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.

 

OXŞAR XƏBƏRLƏR