"Koroğlu" metrosunun yanında nəqliyyatın hərəkətində DƏYİŞİKLİK - VİDEO

"Koroğlu" metrosunun yanında nəqliyyatın hərəkətində DƏYİŞİKLİK - VİDEO
SOSİAL
21:15 24.06.2026
270
"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, aparılan təhlillərə əsasən Nəqliyyat Mübadilə Mərkəzinin çıxış hissəsində, xüsusilə də Heydər Əliyev prospekti və Bəşir Bünyadov küçəsi istiqamətində nəqliyyat vasitələrinin qanunsuz dayanması və durması nəticəsində avtobusların hərəkətində ciddi ləngimələr yaranırdı. Bu hal ictimai nəqliyyatın hərəkət qrafikinin pozulmasına səbəb olurdu. Buna görə də ərazidə nəqliyyatın hərəkətinin daha səmərəli təşkili məqsədilə hərəkət istiqamətlərində dəyişikliklər edilir.

Avtobusların Nəqliyyat Mübadilə Mərkəzindən çıxışının eyni yol sahəsi vasitəsilə birbaşa Heydər Əliyev prospektinə təmin edilməsi, bununla da hərəkətdə yaranan ləngimələrin minimuma endirilməsi planlaşdırılır. Digər nəqliyyat vasitələri isə yeni hərəkət trayektoriyası ilə Milli Gimnastika Arenası və "Koroğlu" dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.

Həm avtobus, həm də digər nəqliyyat vasitələrinin sürücüləri bu dəyişiklikdən sonra ərazidəki xaotik vəziyyətin aradan qalxacağına ümid edirlər.

OXŞAR XƏBƏRLƏR