Koroğlu Rəhimov bağlandı – XƏBƏRDARLIQ

Koroğlu Rəhimov bağlandı – XƏBƏRDARLIQ
Bütün Xəbərlər
22:20 20.01.2015
1033

Asfalt örtüyü və kommunikasiya xətləri yenilənir.

Bakıda daha bir yol təmirə bağlanıb.

Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə kəsişməsindən Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti bu gün axşam saatlarından dayandırılıb.

Küçənin həmin hissəsində asfalt örtüyü və kommunikasiya xətləri yenilənir. Təmir işlərinin yanvarın 25-dək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Koroğlu Rəhimov küçəsinin qalan hissəsi indiyədək təmir olunub.//APA

OXŞAR XƏBƏRLƏR