Koronavirus aşkarlanan Azərbaycan vətəndaşlarının yaşları açıqlandı

Koronavirus aşkarlanan Azərbaycan vətəndaşlarının yaşları açıqlandı
SOSİAL
16:13 29.02.2020
3114
Azərbaycanda koronavirus aşkarlanan şəxslərin təvəllüdləri məlum olub.

AZXEBER.COM-un Baku.ws-ə istinadən verdiyi xəbərinə görə, 17.06.1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı fevralın 26-da xəstəxanaya daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

Digər 29.04.1998-ci il təvəllüdlü şəxs də həmin, yəni fevralın 26-da xəstəxanaya daxil olub və Qum şəhərindən gəlib.

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.
OXŞAR XƏBƏRLƏR