BAKU AZƏRBAYCAN
15°C
euro 1.8385
dollar 1.7000
rubl 0.0220
lirə 0.2518

Koronavirus Azərbaycan sərhədlərinə çatır– Qorunmaq üçün nələr almalısız? – SİYAHI

Koronavirus Azərbaycan sərhədlərinə çatır– Qorunmaq üçün nələr almalısız? – SİYAHI
SAĞLAMLIQ
22:15 20.02.2020
4414
SİYAHI" />
Dünya ölkələrini ram edən koronavirus artıq Azərbaycanın qonşu ölkəsi İrana çatdı. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Maraqlısı odur ki, Qum şəhərində koronavirusdan ölən 2 vətəndaşın heç biri Çində olmayıb, elə öz yaşadıqları yerdə olublar. Artıq iranlı tibbi ekspertlər bunu qorxulu hal kimi dəyərləndirir, demək virus bu 2 nəfərə İranın özündə, hansısa yolla keçib. Bununla da virusun mənbəyini tapmaq çətinləşir.

AZXEBER.COM Medicina.az-a istinadən xəbər verir ki, İrana Azərbaycandan hər gün minlərlə insanın gedib gəldiyini nəzərə alaraq, koronavirusun ölkəmizin əsas sərhədinə çatdığını bildirir.

Buna görə də Azərbaycanda insanlar virusa yoluxmamaq üçün bəzi vasitələrin ehtiyatını tutmalıdır və tədbirlər görməlidir.

Milli.Az medicina.az-a istinadən hər bir kəs üçün və hər bir evdə olmalı bəzi qorunma və profilaktik vasitələrin siyahısını hazırlayıb.

1. Tibbi maska - xüsusən keyfiyyətlisi, üçqat olanlar
2. Tibbi rezin əlcəklər - ictimai yerlərdə istifadə etmək üçün

3. Yüksək keyfiyyətli antibakterial sabun - ev və iş yerlərində əlləri yumaq
4. Dezinfeksiyaedici vasirələr - etanol, tibbi spirt, xlorgeksidin, antibekterial gellər, çantada gəzdirməli

5. Buruna çəkmək üçün Oksolin mazı (az da olsa viruslardan qoruyur, çölə çıxanda buruna içəri doğru çəkilir, evə gələndə spirtlə silinib yuyulur)

 
6. Tamiflyu preparat - ötən illər donuz qripinin profilaktika ,müalicəsi üçün təyin olunurdu və onun koronavirusa da təsir etdiyi deyilir

7. İltihab və qızdırma əleyhinə dərmanlar

8. C vitamini, Ringer məhlulu, burunu yumaq üçün dəniz suyu məhlulu, natri xlor,

9. Xalq təbabətindən: immunitet çayı, Exinesiya, sarımsaq (yerli), zəncəfil kökü, itburnu

OXŞAR XƏBƏRLƏR