Koronavirus qadınlardan çox, kişiləri öldürür

Koronavirus qadınlardan çox, kişiləri öldürür
DÜNYA
14:10 08.04.2020
1740
Hər gün artmaqda davam edən korinavirus pandemiyasının kişilər arasında daha çox yayıldığı bəlli olub.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki,  mütəxəssislər koronavirusun kişilər arasında daha çox yayılmasının səbəbini araşdırıb.

Oxford Universitetinin professoru bunun səbəbinin qadınlarda immun sisteminin daha güclü olmasında görür. 

Çində aparılan araşdırmalarda isə kişilərin spirtli içki və siqaret kimi vərdişlərinin olmasının xəstəlik riskini daha da artırdığını bildirib.

Koronavirusdan ölən kişilərin əksəriyyətinin 50 yaşdan yuxarı olmasıda müzakirələrə çevrilib. Onlar arasında ürək çatışmazlığı və xroniki xəstəlikdən əziyyət çəkənlərin sayı daha çoxdur. 

Mütəxəssislər hələlik bunun tam səbəbini açıqlaya bilmir. Araşdırmalar davam etdirilir.
 
Melek cabbar
 




OXŞAR XƏBƏRLƏR