Günü-gündən artmaqda davam edən koronavirus pandemiyası eyni zamanda insanları qorxu və stress halına salır.
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, psixoloq Elif Sağlam koronavirus qorxusunu azaltmağın yollarını açıqlayıb.
1. Texnologiyadan istifadə etməyin tam zamanıdır. Sevdiklərinizlə evdən çıxmadan, telefonla əlaqə qurmağa davam edin.
2. Yalnız güvənə biləcəyiniz mənbələrdən xəbər gündəmini izləyin. Doğruluğu bilinməyən xəbərlərə rəy bildirməyin, inanmayın.
3. Evdə olduğunuz müddətdə hobbilərinizə zaman ayırın. Kitab oxuyun, musiqi dinləyin, film izləyin, stressdən uzaq olun.
4. Evdə qalmağı özünüzə zaman ayırmaq kimi düşünün.
5. İdman edin, faydalı qidalanın, yuxu rejiminizə diqqət edin.