Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən, Çində təhsil alan iki tələbənin analizlərinin cavabı açıqlanıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilir ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib yəni onlarda hər-hansı bir virus aşkarlanmayıb.
Gün ərzində onların evə buraxılacaqları gözlənilir.