Koronavirus Türkiyəyə də yayılıb? - Nazirdən açıqlama

Koronavirus Türkiyəyə də yayılıb? - Nazirdən açıqlama
DÜNYA
12:59 31.01.2020
3139

Türkiyədə koronavirusa yoluxma halı qeydə alınmayıb. Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca Koronavirus Elmi Heyətinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, 23 ölkədə ümumilikdə 9810 nəfərdə yoluxma halı olub: "Bu rəqəmin 99 faizi Çinə aiddir. Həyatını itirənlərin əksəriyyəti yaşı 65-dən yuxarı olan, xroniki xəstəliyi və immuniteti zəif olan insanlardır”.

Nazir qeyd edib ki, bugünə qədər Türkiyə daxilində fərqli əyalətlərdən olan 68 nəfərdən analiz götürülüb: "İndiyə qədər Türkiyədə qəti olaraq bu virusa yoluxan hər hansı bir xəstəmiz yoxdur. Əgər olarsa, buna uyğun bütün hazırlıqlarımız yekunlaşıb. Türkiyə Hava Yolları məsuliyyətli addım ataraq fevralın 9-na qədər Çinə uçuşları dayandırıb. Biz  Türkiyə Cumhuriyyəti olaraq heç bir vətəndaşımızı sahibsiz qoymayacağıq. Bugünə qədər minlərlə vətəndaşımızı ölkəmizə gətirmişik. Uhan şəhərində yaşayan və heç bir şəkildə xəstəlik şübhəsi olmayan ətəndaşlarımız var. Biz tamamilə sağlam olan vətəndaşlarımız orada qoyub riskə ata bilmərik.

 

Lazımi diplomatik danışıqlar tamamlanandan sonra yaxın bir neçə saat ərzində Türkiyə Silahlı Qüvvələrinə məxsus "A400M” tipli təyyarəni təcili yardım təyyarəsinə çevirərək vətəndaşlarımızı gətirmək istəyirik.

Hazırda hərəkət etməyə hazırlaşan təyyarədə 21 infeksiya mütəxəssisi də olacaq. 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşı da müayinələrdən sonra təyyarəyə buraxılacaq. Sərnişinləri xüsusi izolyasiya ilə gətiririk. Tibbi heyətimiz  hər sərnişini müayinə edəcək. Təyyarə eniş edəndə komandalarımız da daxil olmaqla 14 gün müşahidə altında saxlanılacaqlar. Xüsusilə, bu vətəndaşlar indiyə qədər istifadə olunmayan xəstəxanada qalacaqlar və həmin xəstəxana daha sonra da digər xəstələr üçün istifadə olunmayacaq.Buna görə xəstələrimizin heç biri ilə təmasda olunmayan bir proses olacaq”.

 

Qafqazinfo

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi