Koronavirus xəstələrinin tullantıları bu kəndə atılır? - VİDEO

Koronavirus xəstələrinin tullantıları bu kəndə atılır? - VİDEO
SOSİAL
13:47 04.07.2020
2853
Şamaxının Göylər kəndinin sakinləri neçə gündür təlaş içərisindədir. Kəndin giriş hissəsinə naməlum şəxs və ya şəxslər tərəfindən atılan tullantılar insanların kabusuna çevrilib.
 
AZXEBER.COM xəbər verir ki, ARB Şəki məsələni araşdırmaq üçün sözügedən ünvana gedib və ətraflı sujet hazırlayıb.
 
"Bura zibil atmaq qadağandır!" Bu xəbərdaredici nişan Şamaxının Göylər kəndinin girişində yazılıb. Buna baxmayaraq, ərazi zibil paliqonunu xatırladır. Bu da azmış kimi naməlum şəxslər tərəfindən sözügedən əraziyə 9 gündür atılan zibil sakinlər arasında təşviş yaradıb.
 
Sakin: "Biz tələb edirik ki, bunu edənlər tapılsın və cəzalandırılsın”.
 
Məsələ burasındadır ki, son bir neçə gündə əraziyə hardan gəldiyi məlum olmayan tibbi tullantılar atılır. Virusla mübarizə apardığımız bir dövrdə, bu cür tullantıların özü də 10 min nəfər sakini olan kəndin ətrafına atılması təhlükəli vəziyyət yaradıb. İstifadəyə yararlı yataq əşyaların atılması tullantıların karantin xəstəxanalarından gətirilməsi iddialarını daha da gücləndirir.
 
Sakin: "30-a yaxın döşək, yorğan, mələfələr, tibbi tullantılar gətirib buraya atılıb. Bu tullantılar bizim kəndə ait deyil. Düşünürük ki, bu tibbi tullantılar, döşəklər və s. koronavirusla mübarizə aparan xəstəxanalara aiddir. Onu da tulantı kimi gətirib bura atıblar”.
 
Sakin: "Biz bununla bağlı çox narahatıq. Hansısa xəstəxanaya aid olan tullantılar gətirib bura atılmamalıdır. Virus günü-gündən daha çox tüğyan edir. Onlar belə etməklə bizim həyatımızı, sağlamlığımızı təhlükə altına atırlar, bizi virusla üz-üzə qoyurlar.
 
Məsələ ilə bağlı kənd sakinləri yerli qurumlara məlumat verib, əraziyə baxış keçirilib. 30 dan çox yataq dəsti, 100-ə yaxın döşək üzü, dəsmallar və digər tibbi ləvazimatların atıldığı məlum olub.
 
Çingiz Kərimov – Göylər kənd bələdiyyəsinin sədri: "İyun ayının 20-də əraziyə tərəfimizdən baxış keçirilib, aidiyyəti orqanlara məlumat verilib. Biz 6 saylı Ekologiya idarəsinə məlumat verdik, oradan nümayəndə gəldi, ərazidə müşahidə və çəkilişlər apardı. Hətta onun buraya gəlməsini kənd sakinləri də görüb, onlar da təsdiqləyə bilər. Gəldikləri nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi də bizdə var”.  
 
Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair tələblər”mövcuddur. Hansı ki, tibbi tullantıların zərərsizləşdirilməsi, idarə edilməsi mexanizminə əsasən, tibbi tullantılar xüsusi torbalarda utilizasiya mərkəzlərinə göndərilməlidir.
 
Göylər kəndinə atılan bu tullantıların təhlükəlilik dərəcəsinə və nə üçün bura atıldığına gəldikdə isə , yəqin ki, aidiyyətı qurumların araşdırması nəticəni göstərəcək. Hər halda biz bu məsələni diqqətdə saxlayacağıq.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?