Koronavirusa görə təxirə salınan daxili uçuşlar bu gündən bərpa edilir

Koronavirusa görə təxirə salınan daxili uçuşlar bu gündən bərpa edilir
SAĞLAMLIQ
11:14 18.06.2020
777
Bu gündən "Azərbaycan Hava Yolları” daxili reyslərin yerinə yetirilməsinə başlayır.

İlk daxili uçuş Naxçıvan Muxtar Respublikasına heyata keçiriləcək. 

Bu gün iki reys həyata keçiriləcək – Bakıdan uçuş saat 12:00 və 15:00-da, Naxçıvandan uçuş isə saat 14:10 və 17:00-da baş tutacaq.

Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur.

Tibb müəssisəsinə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini və uçuş biletini mütləq şəkildə qeydiyyatçıya təqdim etməlidir. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir. 
OXŞAR XƏBƏRLƏR