Koronavirusa qarşı ilk vaksin payız və ya qışda hazır ola bilər

SAĞLAMLIQ
17:44 10.06.2020
1041
Oksford Universiteti və İtaliyanın "Irbm” kompaniyasının birgə hazırladıqları koronavirus əleyhinə peyvənd payız və ya qış aylarında əlçatan ola bilər.

Bu barədə proqnozu İtaliyanın Səhiyyə nazirinin müşaviri və ölkənin Dünya Səhiyyə Təşkilatındakı nümayəndəsi Valter Riççardi səsləndirib.

"Əgər hər şey yaxşı alınsa, payız və ya qış aylarında vaksinin ilk dozaları istehsal oluna bilər”, - deyə Valter Riççardi telekanalın efirində bildirib. Onun sözlərinə görə, Avropa vaksin hazırlamaq prosesində ABŞ-ı qabaqlayır. İtaliya və Britaniyanın müştərək preparatı digərlərindən daha ön mərhələdədir.

Oktyabr ayında epidemiyanın ikinci dalğasının başlayacağı barədə fikirləri şərh edən ekspert bunun baş verəcəyini 100 faiz əminliklə söyləməyin mümkün olmadığını vurğulayıb.

Qeyd edək ki, may ayının ortalarında "Irbm” kompaniyasının direktoru Piero Di Lorenso vaksin üzərində çalışmaların sürətləndiyini və sentyabrda yetərincə peyvənd dozasının hazırlanma ehtimalının yüksək olduğunu deyib. O, aprelin sonlarında vaksinin 510 insan üzərində sınaqdan keçirildiyini və könüllülərin səhhətində heç bir problem müşahidə olunmadığını bildirib.
 
 ///AZƏRTAC 

OXŞAR XƏBƏRLƏR