Ölkəmizdə vaksinasiyanın həyata keçirilməsi prosesi uğurla davam etdirilir. Lakin bəzi hallarda peyvənd olunmaq təkrar virusa yoluxmanın qarşısını ala bilmir. Nəticədə COVID-19 statiskasında ikinci dəfə virusa yoluxanlar xüsusi yer tutur və həmin şəxslərin sayı günbəgün artır. Vaksin olunanda da, bu virusa yoluxanda da insan orqanizmində immunitet yaranır. Bəs bu halda niyə təkrar yoluxma prosesi baş verir?
AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov mövzu ilə bağlı "İctimai TV”yə danışıb. İnfeksionist bildirib ki, orqanizm tamamilə müəyyən xəstəlikləri olan insanlarda immun sistemi davamlılığını qoruya bilmir və həmin insanlar təkrar yoluxur:
"İmmunitetin davamlılığı fərqli ola bilər. Əgər insan tam sağlamdırsa, bu immunitet davamlı olacaq. Lakin sağlam deyilsə, yəni immun sistemində çatışmazlıq varsa, bununla yanaşı hər hansı bir xroniki xəstəliyi də varsa, bu halda orqanizmdə yaranan immunitet davamlı olmaya və yenidən yoluxma halı baş verə bilər”.