Koronavirusdan necə qorunaq?

Koronavirusdan necə qorunaq?
SAĞLAMLIQ
15:32 23.02.2020
5738

Çində aşkarlanmış yeni korona virusu artıq bir çox ölkəyə yayılıb. Mütəxəssislərin fikrincə, insanlardan bir-birinə keçə biləcək bu virus pnevmoniyanın bir növüdür və ölkələrin əksəriyyəti bu xəstəliyin yayılmaması üçün mübarizəyə başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev "Turan” agentliyinə deyib ki, Azərbaycanda korona virusuna yoluxma halı aşkarlanmayıb. Onun sözlərinə görə, bu virus Azərbaycan ərazisində yoxdur.

Elvin Hacıyev yeni virusla bağlı profilaktik tədbirlərdən danışarkən xatırladıb ki, Səhiyyə Nazirliyi bir neçə gün əvvəl vətəndaşlara tövsiyə xarakterli açıqlama yayıb. O vurğulayıb ki, vətəndaşlar xəstəliyin baş qaldırdığı bölgələrə gedərkən kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamalıdırlar: "Əlləri tez-tez yumaq lazımdır. Xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra. Canlı və ya ölü heyvanlarla yaxın təmasdan çəkinmək lazımdır. Həmçinin vətəndaşlar kəskin respirator infeksiyanın simptomlarını daşıyan şəxslər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün nəzərdə tutulan dəsmalla bağlamalı, əllərini yumalıdırlar”.

Elvin Hacıyev deyib ki, Dövlət Gömrük Komitəsi də virusun ölkəyə keçməməsi üçün tədbirlər görür.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bu məlumatı təsdiqləyiblər. Qurumdan bildiriblər ki, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və başqa simptomlarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Bu tədbirlər uzaq məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar, termometr, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla həyata keçirilir.

Gömrük komitəsindən onu da bildiriblər ki, tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdədir: "Yoxlanış zamanı xəstə və xəstələndiyi şübhə doğuran şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb”.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə deyib ki, Çində aşkarlanan korona virusunun yayılma riski istisna deyil. Onun sözlərinə görə, yeni virus tibbi gedişə görə ağır hesab olunur: "Xüsusilə turizm və ticarətlə əlaqəli xaricə gedən Azərbaycan vətəndaşları qayıdarkən həmin virusa yoluxa bilərlər. Ona görə Çinə gedən insanlar özlərini gözləməlidirlər, zökəm əlamətləri müşahidə edilən insanlardan uzaq durmalıdırlar. Ən azından maska geyinməlidirlər. Xəstəliyin geniş yayıldığı regionlara getməməlidirlər. Bir sözlə, özlərini qorumalı, termiki işlənmiş qidalardan istifadə etməli, xəstələnən kimi həkimə müraciət etməlidirlər. Bu virus təhlükəli fəsadlar törədə bilər”.

Korona virusu ilə bağlı ölüm xəbərləri yayılmaqda davam edir. Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çində ortaya çıxan bu virus ötən ilin dekabrından bir çox insanın ölümünə səbəb olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Qəşm şəhəri yaxınlığına raket düşüb
20:53 20.11.2026
İranın Qəşm şəhəri yaxınlığına raket düşüb
15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub - FOTO
20:46 20.11.2026
15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub - FOTO
Azərbaycanla Vyetnam arasında münasibətlərdə yeni mərhələ: "Haber Global"dan xüsusi süjet - Video
20:37 20.11.2026
Azərbaycanla Vyetnam arasında münasibətlərdə yeni mərhələ: "Haber Global"dan xüsusi süjet - Video
“Vilayəti Xorasan” terrorçu təşkilatına qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirilib - FOTO
20:33 20.11.2026
“Vilayəti Xorasan” terrorçu təşkilatına qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirilib - FOTO
Binəqədidə  Azərbaycan Partiyasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
20:28 20.11.2026
Binəqədidə Azərbaycan Partiyasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Üç məktəblini maşın vurdu
20:23 20.11.2026
Üç məktəblini maşın vurdu
Fərda İmanov vəzifəsindən azad olundu
20:18 20.11.2026
Fərda İmanov vəzifəsindən azad olundu
Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb
20:11 20.11.2026
Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb
15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
20:05 20.11.2026
15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” - VİDEO
19:58 20.11.2026
Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” - VİDEO
Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
19:50 20.11.2026
Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
19:32 20.11.2026
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Boris Pistorius: Avropa ölkələri Moskvanın dialoq dəvətini qəbul etməlidir
19:11 20.11.2026
Boris Pistorius: Avropa ölkələri Moskvanın dialoq dəvətini qəbul etməlidir
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
19:00 20.11.2026
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
18:48 20.11.2026
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağdamın dirçəlişi: Xarabalıqlar üzərində qurulan yeni şəhər
18:38 20.11.2026
Ağdamın dirçəlişi: Xarabalıqlar üzərində qurulan yeni şəhər