Binəqədidə Azərbaycan Partiyasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Binəqədidə  Azərbaycan Partiyasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
SOSİAL
20:28 20.11.2026
38
20 noyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş "Yeni Azərbaycan Partiyası - 34 illik siyasi tarix, güclü dövlətçilik və milli inkişaf” adlı tədbir keçirildi.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olundu, gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad edildi.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik edərək çıxışında Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi prosesində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açdı.  Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndərin müəyyən etdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirildiyini diqqətə çatdıraraq qeyd etdi ki, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanılmasında, ölkədə siyasi sabitliyin bərqərar olunmasında, dövlət idarəçiliyi sisteminin formalaşdırılmasında və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsində həlledici əhəmiyyət kəsb etmişdir. Həmin dövrdə ölkəmizin qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və sosial çətinliklərin aradan qaldırılması, cəmiyyətin sabitliyə və inkişafa istiqamətləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində mümkün olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı xüsusi olaraq vurğuladı ki, əldə edilmiş nailiyyətlərin qorunması, dövlətimizin daha da gücləndirilməsi, milli maraqların müdafiəsi və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövlətinin ötürülməsi hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur. Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqət, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsinə dəstək və dövlətçilik maraqlarının daim üstün tutulması Azərbaycanın qarşıdakı illərdə də davamlı inkişafının, beynəlxalq nüfuzunun möhkəmlənməsinin və xalqımızın firavan gələcəyinin əsas təminatlarından biridir.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Sudeyif İmamverdiyev nitqində bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Ulu Öndər Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Bu gün əsası Ulu Öndərimiz tərəfindən qoyulan inkişaf strategiyasını, cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, Avropada və dünya birliyində söz sahibinə çevrilib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında vurğuldı ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 34 illik inkişaf tarixi göstərdi ki, bu partiyanın təməl daşını qoyanlar dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında qeyd etdi ki, bu gün sürətlə inkişaf edən müstəqil ölkəmizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Öz əməlində Ümummilli Lider Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəflər – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsasını və prioritet istiqamətlərini təşkil edir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün tədbir iştirakçılarını Partiyanın yaradılmasının ildönümü münasibətilə təbrik etdi. Yeni Azərbaycan Partiyasının 34 illik tarixi dövründə olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırdı. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının təsis konfransını xatırlayaraq, həmin konfransda iştirak etməsinin həyatında ən unudulmaz xatirələrdən biri olduğunu söylədi. Bizi qarşıda yeni vəziflərin və hədəflərin gözlədiyini bildirərək əminliyini ifadə etdi ki, Ümummilli lider Heydər Əliyevin zəngin irsi və ölkə Prezidenti, Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaqdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.
 








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Vilayəti Xorasan” terrorçu təşkilatına qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirilib - FOTO
20:33 20.11.2026
“Vilayəti Xorasan” terrorçu təşkilatına qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirilib - FOTO
Binəqədidə  Azərbaycan Partiyasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
20:28 20.11.2026
Binəqədidə Azərbaycan Partiyasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Üç məktəblini maşın vurdu
20:23 20.11.2026
Üç məktəblini maşın vurdu
Fərda İmanov vəzifəsindən azad olundu
20:18 20.11.2026
Fərda İmanov vəzifəsindən azad olundu
Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb
20:11 20.11.2026
Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb
15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
20:05 20.11.2026
15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” - VİDEO
19:58 20.11.2026
Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” - VİDEO
Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
19:50 20.11.2026
Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
19:32 20.11.2026
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Boris Pistorius: Avropa ölkələri Moskvanın dialoq dəvətini qəbul etməlidir
19:11 20.11.2026
Boris Pistorius: Avropa ölkələri Moskvanın dialoq dəvətini qəbul etməlidir
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
19:00 20.11.2026
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
18:48 20.11.2026
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağdamın dirçəlişi: Xarabalıqlar üzərində qurulan yeni şəhər
18:38 20.11.2026
Ağdamın dirçəlişi: Xarabalıqlar üzərində qurulan yeni şəhər
Polşa NATO-dan əlavə qüvvələr istəmək niyyətindədir
18:37 20.11.2026
Polşa NATO-dan əlavə qüvvələr istəmək niyyətindədir
"Real" Tibo Kurtuanın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb
18:21 20.11.2026
"Real" Tibo Kurtuanın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi 6 ay müddətinə bağlayır
18:10 20.11.2026
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi 6 ay müddətinə bağlayır