Koronavirus şübhəli qadın xəstəxananın infeksion şöbəsində analizləri götürüldükdən sonra qaçıb.
AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, hadisə Avstriyada baş verib.
31 yaşlı qadın həkimləri aldadaraq xəstəxanadan qaçıb, bu barədə polisə məlumat verilib.
Pasiyent xəstəxanaya 5 fevralda öskürək və tənəffüs problemi ilə çatdırılıb. O, 1 həftə əvvəl Tayvandan ölkəsinə qayıdıb.
Polis qadını evinin yaxınlığında qonşusugildə tapıb. Analizlərin cavabı sabah məlum olacaq.
Həkimlər qadını xəstəxanada müalicəyə cəlb etmək üçün ciddi tədbirlər görməli olacaq.