Koronavirusu simptomsuz keçirənlərə pis xəbər

SAĞLAMLIQ
14:56 02.11.2021
875
Koronavirusu heç bir simptom olmadan keçirən hər 4 nəfərdən birində pnevmoniya var.

AZXEBER.COM Yaponiyada aparılan yeni bir araşdırmaya istinadən xəbər verir ki, COVİD-19 əlaməti göstərməyən hər dörd xəstədən birinin sonradan pnevmoniya diaqnozu qoyulduğu məlum olub.

Son həftələrdə yoluxmaların sayının kəskin şəkildə azaldığı Yaponiyanın Vakayama xəstəxanasının rəhbərliyi tərəfindən aparılan araşdırma virusun yaratdığı riski ortaya çıxarıb.

Mütəxəssislər ölkədə beşinci COVİD-19 dalğası da daxil olmaqla, testi müsbət çıxan 5169 nəfəri müayinə edərək onlardan 1199-da test zamanı heç bir əlamət göstərmədiyini anlayıb.

Adı çəkilən və heç bir əlaməti olmayan xəstələrin dörddə birində sonradan pnevmoniya diaqnozu qoyulduğu, 76 nəfərdə isə oksigen terapiyası tələb edən ciddi simptomların olduğu müəyyən edilib.

Araşdırmanın simptomsuz xəstələrin belə ciddi sağlamlıq riski altında ola biləcəyini ortaya çıxardığına diqqət çəkən mütəxəssislər insanların sağlamlıq vəziyyətindəki dəyişikliklərin erkən mərhələdə aşkar edilməsinin vacib olduğunu vurğulayıb.
 
Qeyd edək ki, Yaponiyada ölkə daxilində gündəlik COVİD-19 hadisələrinin sayı dünənə kimi 292-yə düşərkən, ümumi yoluxma sayı 1 milyon 722 min 715-ə çatıb. İndiyədək ölkədə COVİD-19 səbəbindən 18266 nəfər dünyasını dəyişib.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR