ABŞ-ın, təxminən, hər 500-cü sakini koronavirusa yoluxma nəticəsində ölüb.
Cons Hopkins Universitetinin məlumatına görə, çərşənbə axşamına qədər ABŞ-da koronavirusa yoluxanlar arasında 666,525 ölüm hadisəsi qeydə alınıb. Rəsmi statistikaya görə, ABŞ əhalisi keçən ilin aprel ayına olan məlumata əsasən, 331,4 milyon idi.
Beləliklə, ölkənin demək olar ki, hər 500-cü sakini COVID-19-dan vəfat edib.
Həmçinin hesablamalara görə, ABŞ-da koronavirus qurbanlarının ümumi sayının təxminən 1/4-ni yaşları 85-dən yuxarı olanlar təşkil edir.
Qeyd edək ki, pandemiya başlanandan bəri ABŞ-da 41,5 milyondan çox koronavirus infeksiyasına yoluxma halı aşkar edilib. Ölkə həm yoluxma sayına, həm də ölüm sayına görə dünyada birinci yerdədir. Son zamanlar yeni yoluxma hallarının əksəriyyəti "delta” ştammı ilə əlaqədardır.