Koronavirusun "BA.2.86" variantı bu ölkədə aşkarlandı: Peyvəndləri sıradan çıxara bilər

Koronavirusun "BA.2.86" variantı bu ölkədə aşkarlandı: Peyvəndləri sıradan çıxara bilər
SAĞLAMLIQ
10:44 21.08.2023
626
İsraildə Kovid-19-un yeni variantı "BA.2.86"nın yayıldığı bildirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tel-Əviv Sourasky Tibb Mərkəzi həkimləri mövzu ilə bağlı açıqlama verib.

Belə ki, İsraildə aşkar edilən yeni variantın ABŞ, İngiltərə və Danimarkadan sonra dünyada aşkarlanan 4-cü hal olduğu bildirilib.

Xəbərdə yeni variantın daşıdığı çox sayda mutasiya ilə vaksinləri təsirsiz hala gətirə biləcəyi və bununla da Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat etdiyi qeyd edilib.
 
Ümumdünya Səhiyyə Təşkilatı avqustun 17-də verdiyi açıqlamada BA.2.86 olaraq elan edilən variantın statusunu daşıdığı çox sayda mutasiyaya görə müşahidə altında olan variant olaraq yeniləyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR