Koronavirusun "Delta" ştammı Azərbaycana da gələcək? - Həkim açıqladı

ÖZƏL
13:03 02.07.2021
1756
"Artıq dünyada sürətlə yayılan koronavirusun "delta” ştammının Azərbaycana gəlmə ehtimalı çox yüksəkdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə deyib.

O, bildirib ki, gündəlik yoluxmaların sayında əhəmiyyətli dərəcədə artımlar müşahidə edilir:

"Delta” ştammı koronavirusun Hindistan ştammının mutasiya olunması nəticəsində əmələ gəlib. Hindistan ştammı B1.617 kimi nömrələnir, bunun mutasiya olunması nəticəsində B1.617.2 əmələ gəlib. Delta ştammı özü də dəfələrlə mutasiyaya məruz qalıb. Bu ştamm ilk dəfə Hindistanda müşahidə olunsa da, sonradan dünya ölkələrində: Türkiyə, Rusiya, Fransa, Braziliya və digər ölkələrdə rast gəlinməkdədir. Artıq sürətlə çoxalır. Gündəlik yoluxmaların sayında əhəmiyyətli dərəcədə artımlar müşahidə edilir. Təkcə onu qeyd edə bilərəm ki, son həftə ərzində Rusiyada kifayət qədər yoluxmanın artmasına səbəb oldu. Ölüm hallarında da anti rekord müşahidə edildi. Fransada da artıq qapanmalara gedilir”. 


Vüqar Cavadzadə qeyd edib ki, "delta” ştammının bizim ölkəmizə də gəlib çıxma ehtimalı var:

"Delta” ştammının bizim ölkəmizə də gəlib çıxma ehtimalı çoxdur. Təbii ki, bizim qonşu ölkələrdə buna rast gəlinirsə, Azərbaycana da gəlmə ehtimalı var. Bu ölkələrlə bizim yerüstü və hava nəqliyyatı ilə əlaqələrimiz var. Bu da virusun ölkəmizə ayaq açmasına səbəb ola bilər. "Delta" ştammından qorunmaq üçün fərqli qorunma tədbirləri yoxdur. Yalnız "COVİD-19”-da hansı tədbirlər görülürdüsə, eyni tədbirlər də davam etdirilməlidir”.
 
Aydın Nuri

 


OXŞAR XƏBƏRLƏR