Koronavirusun yeni ştamları yayılır: Alimlər həyəcan təbili çaldılar

SAĞLAMLIQ
14:31 08.07.2022
604
Avropa Dərman Agentliyi koronavirus ilə bağlı yeni dalğa xəbərdarlığı edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, koronavirus ilə bağlı Avropa Dərman Agentliyindən qorxulu açıqlama gəlib.
 
Avropanın yeni COVİD-19 dalğasından keçdiyi vurğulanan bəyanatda xüsusilə yaşlılara diqqət çəkilib.

Səlahiyyət rəsmisi Marko Kavaleri mətbuat konfransında Avropada yeni COVİD-19 dalğasının olduğunu bildirib.

BA.4 və BA.5 mutasiyalarına diqqət çəkən Kavaleri yeni variantların bütün qitədə dominant ola biləcəyini bildirib.
 
Yeni variantların insanları daha çox xəstələndirdiyinə dair hələ dəqiq bir dəlil olmadığını vurğulayan Kavaleri yaşlılar haqqında xəbərdarlıq edərək, 60-79 yaş arası insanlara əlavə doza vaksin tövsiyə edib.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR