Yunanıstanda Covid-19-un "Pirola” variantının aşkar edildiyi açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) hesabatına görə, 5 xəstədə "Pirola" kimi tanınan Covid-19-un "BA.2.86" variantı aşkar edilib.
Yunanıstanda 11-17 sentyabr həftəsində Covid-19 səbəbindən 39 nəfər dünyasını dəyişib.
Müayinələrə görə, Covid-19-un "Eris” variantı son həftələrdə ən çox Yunanıstanda görülüb.
Ayşən