Korrupsiyaya qarşı Mübarizə Fondu QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə may- oktyabr aylarını əhatə edəcək “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlarla dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsini həyata keçirməyə başlayıb.
Fonddan AZXEBER.COM-a verilən məlumata görə, layihə ölkənin 5 regionunda - Qusar, Şəmkir, Ağstafa, Cəlilabad, Sumqayıtda həyata keçiriləcək. Layihənin məqsədi vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu üçün regional Qaynar xətlərin fəaliyyəti; vətəndaşların ərizə və şikayətlərinin elektron qaydada qəbulu və virtual vəkillik xidmətinin təşkili; Fondun regionlardakı ofislərində korrupsiya şikayətləri ilə bağlı vətəndaşların qəbulu və onlara hüquqi yardımın göstərilməsidir. Layihə çərçivəsində korrupsiya cinayətləri ilə bağlı şikayətlərin təşkili və onların hüquq-mühafizə orqanlarına istiqamətləndirilməsi üçün “Antikorrupsion Yaddaş” (buklet) bütün regionlarda əhaliyə paylanılacaq.
Xahiş edirik, göstərilən rayonlarda yerli dövlət orqanları ilə birgə keçiriləcək dəyirmi masaların və qaynar xətlərin təşkili ilə bağlı bizə dəstək verəsiniz.