'Kreativ Gənclik – Kreativ Gələcək' adlı gənclər forumu təşkil edildi

GƏNCLİK
17:00 15.08.2013
1562

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə Masallı rayonunda “Kreativ Gənclik – Kreativ Gələcək” adlı gənclər forumu təşkil olunub.

AZXEBER.COM-un məlumatına görə, layihədə ümumilikdə 28 yaradıcı gənc iştirak edib. 

Forumun iştirakçıları Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Milli Konservatoriya, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Musiqi Akademiyasının tələbələridir.

Layihənin rəhbəri Vüsal Bəkirov iştirakçıları salamlayaraq forum haqqında məlumat verərək tədbirin əhəmiyyətindən danışdı. Xüsusi ilə yaradıcı gənclərin idealarının dəstəklənməsi ,gənc rəssamların emalatxanalarla təmini, gənc rejissorların işlə təmini,yaradıcı gəncləri birgə fəaliyyətinə dəstək və sitimul verəcək gənclər təşkilatının yaranması ,musiqiçilərin beynəlxalq müsabiqələrdə iştirak və bir çox vacib mövzular adı çəkilən forumda gündəmdə olmuşdur.İştirakçılar o cümlədən asudə vaxtlarınıda səmərəli keçirmiş müxtəlif əyləncələr, intelektual oyunlar və Masallı rayonun gəzməli –görməli yerlərinə də səyahət etmişlər. 

Sonda iştirakçılar yaradıcı gənclər təşkilatının əsasını qoymaq barədə ümumi razılığa gəldilər və təşəbbüs qrupu yaratdılar.

OXŞAR XƏBƏRLƏR