Kreditini ödəməmək üçün, polisi aldatdı - Şirvanda qəribə olay

SOSİAL
12:56 25.07.2016
1965
Azərbaycanda krediti olan müştəri bankı aldatmaq üçün fərqli üsula əl atıb.
AZXEBER.COM  DİN-in saytına istinadən xəbər verir ki, cari il iyun ayının 22-də Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Nəhmədov guya naməlum şəxslər tərəfindən aldadılaraq “Daewoo” markalı avtomobilinin alınmasını bildirib.
Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı N.Nəhmədovun “Nikoyl Bank”a olan kredit borcundan yayınmaq məqsədi ilə polisə yalan məlumat verməsi müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR