Krem, tuş, layner... – Dermatoloqdan xəbərdarlıq

Krem, tuş, layner... – Dermatoloqdan xəbərdarlıq
SOSİAL
14:20 14.09.2026
560

Son günlər bir sıra müştərilər mağazalarda son istifadə tarixi keçmiş məhsulların satışa çıxarılmasından narazılıqlarını bildirirlər.

Bu məhsullar arasında kosmetik vasitələr də yer alır.

Bəzi müştərilər aldıqları məhsulun son istifadə tarixinin keçdiyini dərhal fərq etsələr də, bir çoxları bu məqama diqqət yetirmədən kosmetik vasitələrdən istifadə etməyə davam edir.

Maraqlıdır, son istifadə tarixi keçmiş kosmetik məhsulların dəriyə tətbiqi hansı fəsadlara səbəb ola bilər?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan həkim-dermatoloq Quba Rüstəmova bildirib ki, vaxtı keçmiş kosmetik vasitələrin istifadəsi dəridə müxtəlif reaksiyalara səbəb ola bilər:

"Tarixi keçmiş kosmetik vasitələrin istifadəsi zamanı ilk növbədə orada aktiv olan təsiredici maddənin oksidləşməsi və parçalanması baş verir. Bu isə gözlənilən effektin azalmasına səbəb olur. Həmin insanlarda ani və gözlənilməz qızartılar, səpkilər yarana bilər. Əlavə olaraq, günəş altında qalmış, nəm və rütubətli mühitdə saxlanılan vasitələrə, o cümlədən maskara, layner, spreylər və kremlərə də eyni şəkildə oksidləşmə prosesi təsir edir. Bu isə dəridə qıcıqlanma və piqmentasiyaya gətirib çıxara bilər”.


Q. Rüstəmova vaxtı keçmiş kosmetik vasitələrdə mikrobioloji çirklənmə riskinin də artdığını vurğulayıb:

"Su bazlı kremlərdə isə konservasiya müddəti keçdiyinə görə göbələk və bakterial kontaminasiyanın yaranması daha asan olur. Bu da dərinin qoruyuculuq qabiliyyətinin zəifləməsinə və bakterial kontaminasiyanın yayılmasına gətirib çıxarır. Bu mikrobioloji çirklənmə əsasən dermatologiyada kontakt allergik dermatit, perioral dermatit və ekzemaların yayılmasına şərait yaradır. Praktikada daha çox rast gəldiyimiz hallardan biri də tərkibində bitki yağları, bitkilər və ekstraktlar olan məhsulların istifadəsidir. Onlar daha çox kontakt allergik dermatit reaksiyalarına səbəb olur. Allergik reaksiya yalnız qızartı ilə özünü göstərmir. Qaşınma, səpkilər və dəridə dartınma hissi kimi əlamətlərlə də özünü göstərə bilər”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:03 30.10.2026
Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
08:00 30.10.2026
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
07:58 30.10.2026
ABŞ generalı Ukrayna və İranla bağlı məxfi məlumatları sızdırdığını etiraf edib
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
07:56 30.10.2026
İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
07:50 30.10.2026
İstanbuldan Moskvaya uçan dörd sərnişin təyyarəsi geri qaytarılıb
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
07:40 30.10.2026
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
07:33 30.10.2026
ABŞ İsrailə 10 hərbi nəqliyyat təyyarəsi göndərdi - Böyük müharibə hazırlığıdır?
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
07:23 30.10.2026
Altı yaşlı uşaq lotereyada bahalı avtomobil qazandı
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
07:20 30.10.2026
Moskvanın bu hava limanları fəaliyyətini dayandırdı
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
07:17 30.10.2026
Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
07:08 30.10.2026
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
06:50 30.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Bu kənddə qadınlar 100 il yaşayırlar
06:38 30.10.2026
Bu kənddə qadınlar 100 il yaşayırlar
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
06:20 30.10.2026
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
06:10 30.10.2026
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
05:50 30.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb