"ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putin barəsində çox pis ifadələr işlədib”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov martın 18-də C.Baydenin rusiyalı həmkarı V.Putin barədə dediklərinə münasibət bildirərkən söyləyib.
"Rusiya belə qənaətə gəlib ki, ABŞ lideri Moskva ilə münasibətləri normallaşdırmaq istəmir”, - D.Peskov vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə edib və bunun qarşılığını ödəyəcək.
///Report