Kreml: Rusiya ilə ultimatum dili ilə danışmaq olmaz

Kreml: Rusiya ilə ultimatum dili ilə danışmaq olmaz
DÜNYA
19:21 12.05.2025
299
Rusiya ilə ultimatum dili ilə danışmaq olmaz.

Bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya tərəfinin mümkün əlavə sanksiyalar barədə bəyanatını şərh edərkən bildirib.

"Bu xəbərdarlıqdan əvvəl biz artıq sırağagün xəbərdarlıqlar eşitmişdik, onlar da kifayət qədər ultimativ formada səsləndirilmişdi. Lakin bu cür ultimatum dili Rusiya üçün qəbuledilməzdir. Rusiya ilə bu dildə danışmaq olmaz", - o qeyd edib.

Daha əvvəl Almaniya hökumətinin nümayəndəsi Ştefan Kornelius bəyan edib ki, əgər Rusiya Qərbin Ukraynada atəşkəs təklifini qəbul etməsə, Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar hazırlamağa davam edəcək.

Onun sözlərinə görə, Rusiya tərəfi tam və qeyd-şərtsiz 30 günlük atəşkəsə razılaşmalıdır.
 
\report
OXŞAR XƏBƏRLƏR