Türkiyədə kriminal aləmin tanınmış avtoriteti Vedat Şahinin şəxsi təyyarə ilə gətirilən cənazəsi yüzlərlə maşının müşayiəti ilə Bafra rayonuna aparılıb.
![Vedat]()
Xəbəri eşidən yerli sakinlər hava limanına axın edib. Ucu-bucağı görünməyən avtomobil karvanı təxminən bir saat təyyarənin gəlməsini gözləyib. Cənazə bu gün cümə namazından sonra torpağa tapşırılacaq.
Qeyd edək ki, məşhur kriminal avtoritet Sedat Şahinin qardaşı Vedat Şahin iki gün əvvəl gecə saatlarında İstanbulda küçənin ortasında avtomat silahlarla vurulub.//musavat.com