"Kristal” "Yeni Sumqayıt" və "Park Xırdalan" layihələrində kiçik sahəli mənzil satışlarına başladı — aylıq ödəniş 420 AZN-dən!
"Kristal" "Yeni Sumqayıt" və "Park Xırdalan" layihələrində yeni mənzillərin satışını elan edib. Əlverişli ipoteka kredit şərtləri və aşağı ilkin ödəniş imkanları ilə mənzil sahibi olmaq artıq daha geniş alıcı kütləsi üçün əlçatan olacaq.

"Yeni Sumqayıt”da 420 AZN-dən, "Park Xırdalan”da 580 AZN-dən başlayan ilkin ödənişlə mənzil!
"Yeni Sumqayıt" layihəsində sahəsi 35 kv.m-dən başlayaraq 1 otaqlı, tam təmirli mənzillər satışa çıxarılıb. Mənzillər tikinti mərhələsindən satışa təklif olunur ki, bu da alıcılara həm daha münasib qiymət üstünlüyü, həm də gələcəkdə dəyər qazanan sərfəli investisiya imkanı yaradır. Qeyd edək ki, yaşayış kompleksində təhvilinə az qalmış 86 kv.m-dək 2, 3 otaqlı və studiya mənzillər də satışdadır.
"Park Xırdalan" layihəsində isə 40 kv.m-dən başlayaraq 2
otaqlı studiya mənzillər alıcılara təqdim olunur. Azərbaycanın ən böyük yaşayış
komplekslərindən biri hesab olunan "Park Xırdalan" geniş
infrastrukturu, böyük park sahələri və zəngin mənzil seçimləri ilə seçilir.
Həmçinin, hazırda 96 kv.m-dək müxtəlif sahəli 2 və 3 otaqlı mənzillər
müştərilərə təklif edilir.
Komfortlu həyat, güclü infrastruktur
Hər iki layihədə sakinlərin rahatlığı üçün bütün detallar düşünülüb: geniş həyət və yaşıllıq sahələri, uşaq oyun meydançaları, idman və istirahət zonaları, məktəb, bağça və iaşə obyektləri. Komplekslər 24/7 canlı mühafizə və kamera nəzarət sistemi ilə qorunur.
Tikintidə keyfiyyət və dayanıqlılıq əsas prioritetdir: səs və istilik
izolyasiyası, nəfəs alan divarlar, beton pərdə sistemi, yerdən tavana qədər
pəncərələr, keyfiyyətli laminat döşəmə və uzunömürlü fasad materialları tətbiq
edilir.
Layihələrlə daha yaxından tanış olmaq üçün satış ofisinə yaxınlaşa və
ya *1544 nömrəsi ilə əlaqə saxlaya
bilərsən.
Ətraflı: *1544
Ünvan:
"Yeni Sumqayıt” Sumqayıt şəhəri ,Sülh küçəsi
"Park Xırdalan” Xırdalan şəhəri ,Heydər Əliyev prospekti 30











































