Kriştianu Ronaldo: "Arzumuza bir addım daha yaxın olduq"

Kriştianu Ronaldo: "Arzumuza bir addım daha yaxın olduq"
İDMAN
16:15 07.07.2016
1249
"Biz əvvəldən bunu arzulayırdıq. Bu uzun bir yol idi və biz özümüzə inanaraq mübarizə apardıq. Pis başlamaq şərt deyil, əsas turniri uğurla başa çatdırmaqdır. Portuqaliyanın məşqçiləri, oyunçuları və tibbi personal bu uğura layiq idilər".Bu barədə Portuqaliya yığma komandasının kapitanı Kriştianu Ronaldu AVRO-2016-nın yarımfinal matçından sonra RTP telekanalına müsahibəsində deyib."Ümid edirəm ki, final oyunundan sonra üzümdə təbəssüm və sevinc göz yaşları olacaq. Mən həmişə Portuqaliyaya böyük qələbə bəxş etmək arzusunda olmuşam və bunu dəfələrlə bildirmişəm. Bu gün biz arzumuza bir addım daha yaxın olduq", deyə K.Ronaldu bildirib.Qeyd edək ki, Portuqaliya millisi Uels yığmasını 2:0 məğlub edərək Avropa çempionatının finalına vəsiqə qazanıb. Matçda fərqlənən Ronaldu Avropa çempionatlarında 9-cu qoluna imza ataraq Mişel Platininin rekordunu təkrarlayıb.
OXŞAR XƏBƏRLƏR