ABŞ-ın “Pee Wee Pumps” şirkəti körpələr üçün hündürdaban ayaqqabı istehsal etdiyindən məhkəməlik olub.Siva, Sassy və Wild Child adlı məhsulların satışı “bələkdəki uşaqların cinsi istismarı” adlandırılıb və bu iddia ilə şirkət məhkəməyə verilib.O cümlədən, istehsal müəssisəsinin reklam üçün həmin ayaqqabıları geyinən körpələrdən istifadə etməsi reaksiyaların daha da kəskinləşməsinə səbəb olub.Markanın yaradıcısı Mişel Holbruk ingilis “Sun” qəzetinə açıqlamasında “Pee Wee Pumps”a qarşı irəli sürülən ittihamları əsassız adlandırıb və bu məhsulların istehsalında əsas məqsədin “cinsi istismar” yox, uşaqlar üçün bir aksesuar yaratmaq olduğunu bildirib.//axsam.az