Somalili ailə göstərdiyi yardımlara görə Türkiyəyə təşəkkür edib
Somalidə dünyaya gələm körpəyə valideynləri Türkiyə adını verdi. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Somaliyə gəldiyi vaxt həyat yoldaşının 8 aylıq hamilə olduğunu deyən 20 yaşlı ata Əbdürrəhman Muse ortaq bir qərarla körpələrinə Türkiyə adını verdiklərini bildirib. Türkiyəni və Rəcəb Tayyib Ərdoğanı çox sevdiyini qeyd edən ailə ölkələrinə göstərdiyi yardımlara görə Türkiyəyə öz təşəkkürlərini bildiriblər. “Somalidə Türkiyəni sevən xeyli insan var. Türkiyənin bizim ölkəmizə verdiyi dəstəyi heç bir ölkə verməyib. Buna görə Türkiyəyə minnətdarlığımızı bildiririk”.