Kseniya Sobçakın Latviyaya girişi qadağan edildi

Kseniya Sobçakın Latviyaya girişi qadağan edildi
DÜNYA
15:44 31.10.2026
223
Rusiyalı teleaparıcı və jurnalist Kseniya Sobçakın və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişi qadağan edilib.
 
Bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje sosial media hesabında məlumat yayıb.
 
Məlumata görə, qərar Latviya Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən immiqrasiya qanunvericiliyinə əsasən verilib.
 
Cütlüyün arzuolunmaz şəxslər siyahısına daxil edilməsinin səbəbləri göstərilməyib.
 
//Bizim.media
OXŞAR XƏBƏRLƏR