Kuba: İsrailin Yaxın Şərqdəki təcavüzü dayandırılmalıdır

DÜNYA
12:49 03.10.2024
183
Kuba Xarici İşlər Nazirliyi İsrailin Yaxın Şərqdə apardığı "aqressiv” siyasətdən narahat olduqlarını bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kuba Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilən bəyanatda İsrailin təcavüzünün regional sabitlik, etimadı təhlükəyə atdığı və buna son qoyulmalı olduğu bildirilib.

Bəyanatda, İsrail hökumətinin Birləşmiş Millətlər Təşkilatının qərarlarına baxmayaraq Fələstin xalqına qarşı "vəhşi" soyqırımını davam etdirdiyi vurğulanaraq, İsraili atəşkəs danışıqlarına fokuslanmaq əvəzinə Livana qarşı məsuliyyətsiz hücumlarını artırdığı qeyd olunub.

Açıqlamada, Kubanın İsrailin Yaxın Şərqdəki "məsuliyyətsiz və təcavüzkar" hərəkətləri səbəbiylə artan gərginliklə bağlı narahatlığını davamlı şəkildə dilə gətirdiyi ifadə edilərək, "İsrailin hədəfində olan xalqlarla həmrəyliyimizi və çağırışımızı təkrar edirik. Bölgədə humanitar böhranı ciddi şəkildə pisləşdirən münaqişənin daha da artmasının qarşısını almaq üçün atəşkəs üçün təcili danışıqlar aparılmalıdır".

Gülay
OXŞAR XƏBƏRLƏR