Kuba hökuməti Ukrayna müharibəsində Rusiyanın tərəfində iştirak etməsi və vətəndaşlarını döyüş əməliyyatlarına göndərməsi barədə ABŞ-ın ittihamını rədd edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi bəyanatında bildirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Kuba vətəndaşlarının Rusiya tərəfindən Ukrayna müharibəsində iştirakı barədə məlumatlı olduqlarını bildirmişdi.
Kuba XİN bəyan edib ki, hakimiyyət öz təşəbbüsləri ilə hər iki tərəfdən Rusiya-Ukrayna müharibəsində iştirak edən kubalılar barədə dəqiq məlumata malik deyil: "Birmənalı olaraq həmin şəxslər Kuba hökuməti tərəfindən dəstəklənməyib, buna həvəsləndirilməyib, Kuba hökumətinin bununla bağlı razılığı olmayıb”.
\APA