Kubalı peşəkar voleybolçu Luis Elian Estrada Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində keçdiyi reabilitasiya proqramından sonra fiziki vəziyyətində yaxşılaşma əldə edib.
AZXEBER.COM xəbər verir ki, idmançı iki il əvvəl məşq zamanı dizindən aldığı zədə səbəbindən əməliyyat olunub. Müxtəlif ölkələrdə reabilitasiya keçməsinə baxmayaraq, hərəkət zamanı və oyunlarda ağrıları davam edib, idman performansında çətinliklər yaşayıb.
Azərbaycanda fəaliyyətə başladıqdan sonra Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinə müraciət edən voleybolçu mütəxəssislərin nəzarəti altında xüsusi reabilitasiya proqramına cəlb olunub.
Proqramın ardından idmançının fiziki vəziyyətində müsbət dəyişikliklər müşahidə edilib. Luis Elian Estrada yarışlarda daha uğurlu nəticələr əldə etməyə başlayıb.











































