"Kubinka"dakı güllələnmənin təfərrüatı açıqlandı

"Kubinka"dakı güllələnmənin təfərrüatı açıqlandı
Bütün Xəbərlər
10:18 30.06.2011
1761

Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, hadisə saat 18 radələrində Əbilov küçəsi 75 ünvanında baş verib.

1983-cü il təvəllüdlü Qənbərov Babəli Atamoğlan oğlu 1951-ci ildə anadan olmuş Həkimov Eyvaz Sadıq oğlunu güllələyib. O, ov tüfəngi ilə E.Həkimovun döş qəfəsinin sol ön tərəfinə atəş açıb. Ürəyindən güllə yarası alan 60 yaşlı E.Həkimov hadisə yerində ölüb.

Məlumatda bildirilir ki, E.Həkimov və qətli törətmiş gənc yaxın qohumdurlar. E.Həkimov B. Qənbərovun doğma dayısıdır. Onların arasında isə B.Qənbərovun babasının evi üstündə uzun illər imiş ki, mübahisə varmış. Məhkəmə yolu ilə tərəflər bir neçə dəfə problemi həll etmək istəsələr də, bu alınmayıb və nəticədə qanlı olay baş verib.

Qeyd edək ki, qətli törətmiş 28 yaşlı A.Qənbərov qaçıb. Hazırda onun məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

 

/// lent.az

OXŞAR XƏBƏRLƏR